AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Yevlax rayonunda antik dövrə aid arxeoloji materiallar aşkarlanıb
Yan 31, 2017 | 02:13 / Mühüm hadisələr
Oxunub 1113 dəfə

Yevlax rayonunun Yəldili kəndi ərazisindəki qədim nekropolda aparılan arxeoloji tədqiqatlar zamanı eradan əvvəl II əsrdən bizim eranın II əsrinə qədərki dövrə aid əşyalar aşkarlanıb.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan bildiriblər ki, antik dövrə aid bir irihəcmli dəfn küpünün yanında və içərisində parç, vaza və kuzə tipli gil qablar, ləçək ağızlı kiçik küpələr, tuncdan qolbağı, sədəf və gildən muncuqlar tapılıb. Akarlanan arxeoloji materiallar Yevlax Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015