AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Qafqazşünaslıq İnstitutunun direktoru məktəblilərlə görüşüb
Dek 20, 2016 | 03:06 / Görüşlər
Oxunub 636 dəfə

AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı və həmin institutun Ermənişünaslıq şöbəsinin müdiri, t.ü.f.d. Ziyad Əmrahov Buzovna qəsəbəsində yerləşən 125 nömrəli orta məktəbin müəllim və şagird kollektivi ilə görüşüb.

Görüş respublikamızın müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunub.

Professor Musa Qasımlı 25 ildə Azərbaycan dövlətinin keçdiyi inkişaf yolundan danışıb. Müstəqilliyimizin qorunmasında, dövlətçiliyimizin güclənməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini diqqətə çatdırıb.

Alimlər şagidləri maraqlandıran sualları cavablandırıblar. 

Sonda orta məktəbin şagirdləri Vətəni, müstəqilliyimizi, ordumuzu tərənnüm edən şeirlər söyləyiblər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015