AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
A.A.Bakıxanov adına Tarix İnstitutunun illik hesabatı təqdim olunub
Dek 09, 2016 | 10:20 / Mühüm hadisələr
Oxunub 1227 dəfə

Dekabrın 9-da AMEA-nın A.A.Bakıxanov adına  Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclasda İnstitutun illik hesabatı təqdim olunub.

Toplantıda çıxış edən AMEA-nın A.A.Bakıxanov adına  Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, institutun elmi tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir: “Tarix İnstitutunda aparılan tədqiqatlar Prezident İlham Əliyevin çağırışları və tapşırıqları əsasında həyata keçirilir”.

İclasda 2016-cı ildə İnstitutunda 49 adda yeni kitab çap olunduğu bildirilib.

Qeyd olunub ki, “Xocalı: soyqırım tariximizin son faciəsi” adlı elmi konfrans, Şamaxıda “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları” adlı III Beynəlxalq elmi konfrans, “İrəvanın maddi və mənəvi irsi” mövzusunda gənc tədqiqatçıların elmi-praktik konfransı, görkəmli səfəvişünas alim Oqtay Əfəndiyevin anadan ol­ma­sının 90 illiyinə həsr olunmuş elmi sessiya və digər tədbirlər keçirilib.

İclasda çıxış edən İctimai Elmlər bölməsinin akademik-katibi Nərgiz Axundova, İradə Bağırova, Tofiq Mustafazadə, Həsən Əlibəyli, Cəbi Bəhramov, Qasım Hacıyev və başqaları Tarix İnstitutunun 2016-cı ildə gördüyü işləri yüksək qiymətləndiriblər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015