AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
Şəkidə Tarix İnstitutunun nəşrlərinin sərgisi təşkil olunub
Dek 02, 2016 | 10:20 / Mühüm hadisələr
Oxunub 1076 dəfə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun başçılığı altında institut əməkdaşlarından ibarət nümayəndə heyəti Şəki şəhərində keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısında və “Türk dünyasının mədəniyyət paytaxtı – Şəki-2016” ilinin bağlanış mərasimində iştirak edib.

Azərbaycanın müxtəlif bölgələrinin tarixinə, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlarına, Azərbaycanın beynəlxalq əlaqələri tarixinə həsr olunmuş kitablar TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının toplantısında iştirak edənlərin böyük marağına səbəb olub.

Bu kitablar arasında müxtəlif dillərdə çap olunmuş “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, İrəvan xanlığının tarixi ilə bağlı 12 broşür, “Azərbaycanlılar: etnik-siyasi tarixə ümumi baxış” və digər kitablar yer alıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015