AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“IX-X əsrlər azərbaycanlı hədisşünas alim Əhməd Harun oğlu əl-Bərdici (Bərdəli)” kitabı işıq üzü görüb.
Noy 18, 2016 | 04:39 / Yeni nəşrlər
Oxunub 3117 dəfə

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradovun “IX-X əsrlər azərbaycanlı hədisşünas alim Əhməd Harun oğlu əl-Bərdici (Bərdəli)” kitabı işıq üzü görüb.

Kitabda ilk olaraq AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, müxbir üzv Gövhər Baxşəliyevanın ön sözü təqdim olunur. Əsər özü giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. “İlahi vəyhlər – Qurani-Kərim və hədis” adlı birinci fəsildə İslam dininin təşəkkül tapmasından, Qurani-Kərimdən, hədis və sünnədən bəhs edilib. İkinci fəsil əl-Bərdicinin həyat və yaradıcılığına həsr olunub. Burada əl-Bərdicinin həyatı, təhsili, müəllimləri, tələbələri, elmi fəaliyyəti haqqında geniş məlumat verilib.

Üçüncü  fəsildə əl-Bərdici bir hədisşünas alim kimi nəzərdən keçirilib. Burada alimin “Səhabələrin Peyğəmbərdən “əl-kəbair” (böyük günahlar) mövzusuna dair rəvayətlərini ehtiva edən cüz kitabı” və “Səhabə, tabiun və hədisçilərin nadir adlarından bəhs edən təbəqat kitabı” əsərləri təhlil edilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015