AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
Rusiyada ezamiyyətdə olan azərbaycanlı alim bir sıra görüşlər keçirib
Noy 01, 2016 | 11:21 / Görüşlər
Oxunub 2103 dəfə

AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli 23-28 oktyabr 2016-cı il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Qlobal elm və beynəlxalq əməkdaşlıq” adlı beynəlxalq konfransda  iştirak edib.Konfransın plenar iclasında azərbaycanlı alim “Polşalılar Azərbaycanda: tarix və müasirlik” mövzusunda məruzəsini təqdim edib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Səfər çərçivəsində Məryəm Seyidbəyli Rusiya Elmlər Akademiyasının (REA) Arxivinin Sankt-Peterburq filialı və Şərq Əlyazmalar İnstitutunun kitabxana və arxivlərində olub, Azərbaycanın elm tarixinə dair dəyərli materiallar əldə edib.

M.Seyidbəyli REA-nın Tarix İnstututundakı Elmi Təşkilatların Federal Agentliyinin direktoru, tarix elmləri doktoru Nikolay Smirnov, həmin institutun  şöbə müdiri, tarix elmləri doktoru Aleksandr Çistikov və REA-nın S.İ.Vavilov adına Təbiətşünaslıq və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru, sosiologiya elmləri namizədi Nadejda Aşuelova ilə görüşüb, birgə əməkdaşlığa dair fikir mübadiləsi aparıb.

Azərbaycanlı alim, həmçinin REA-nın Şərq Əlyazmaları İnstitutunun direktoru İrina Popova ilə də görüşüb. Görüşdə iki qurum arasında əməkdaşlıq müqaviləsinin imzalanmasına dair qərar qəbul edilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015