AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun orta məktəb şagirdləri ilə görüşüb
Okt 31, 2016 | 11:07 / Görüşlər
Oxunub 2153 dəfə

 Oktyabrın 31-də II Azərbaycan Elm Festivalı çərçivəsində “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” mövzusu ətrafında AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Yaqub Mahmudovun orta məktəb şagirdləri ilə görüşü olub.

Görüşdən öncə məktəblilər A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi nailiyyətlər sərgisi ilə tanış olublar. Sərgidə institutun “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində keçirilmiş müsabiqələrində qalib gəlmiş şagirdlərin əl işləri də nümayiş etdirilir.

AMEA-nın  müxbir üzvü Yaqub Mahmudov şagirdlər qarşısında çıxış edərək, Azərbaycanın dövlətçilik tarixindən və tarixi şəxsiyyətlərindən danışıb: İnstitut direktoru şagirdləri milli dəyərlərimizə söykənməyə, tariximizə həmişə böyük diqqət ayırmağa çağırıb: “Biz tariximizi öyrənməliyik. Zatını bilməyən oğuldan kişi çıxmadığı kimi, tarixinə sahib çıxmayan xalq da məhvə məhkumdur. Tarixinə sahib çıxan xalq isə yenilməzdir. Xalq özünü tanımalı, ideya, məfkurə ilə silahlanmalıdır. Yalnız o zaman xalq inkişaf edə bilər. Maariflənmiş gənclər ölkənin gələcəyidir”.

Görüşdə tarixçi-alim bildirib ki, biz imperiya yaradan xalqlardanıq: “Azərbaycan xalqı orta əsrlərin böyük dövlətlərini – Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar imperiyalarını yaradıb”.

Görüşdə şagirdlər tərəfindən böyük maraqla qarşılanmış və sonda isə Y.Mahmudov şagirdlərin suallarını cavablandırıb, rəy və təkliflərini bildirib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015