AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Qadın geyim bəzəkləri” sərgisi təşkil olunacaq
Okt 28, 2016 | 11:52 / Mühüm hadisələr
Oxunub 1947 dəfə

Noyabrın 8-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri” sərgisi təşkil olunacaq.

Muzeyin “Etnoqrafiya”, “Xüsusi” və “Arxeologiya” fondlarının materiallarının cəlb edildiyi sərgidə 250 eksponat nümayiş olunacaq.  Ziyarətçilər baş bəzəkləri, düymə və piləklər, ətəklik, yaxalıq və əlcəklər, sancaqlar, həmçinin kəmərlər, ayaq geyim bəzəkləri, tikmələr, toxuma bəzəkləri ilə tanış ola biləcəklər. 

Sərgi 1 fevral 2017-ci il tarixinədək davam edəcək.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015