AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
Qafqazşünaslıq İnstitutunun direktoru Rusiyada beynəlxalq forumda iştirak edib
Okt 24, 2016 | 12:10 / Konfranslar, iclaslar
Oxunub 3601 dəfə

Rusiyanın Rostov-Don şəhərində Azərbaycan, Rusiya, Gürcüstan və İsraildən olan qafqazşünas tarixçilərin IV Beynəlxalq Forumu keçirilib. 

Forumun plenar iclasında AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı “XIX əsrdə Qafqazda köçürmə siyasəti və nəticələri (Rusiya arxiv materialları əsasında)” mövzusunda məruzə ilə çıxış edib.

Rusiya arxivlərinin ən mötəbər mənbələri əsasında hazırlanan məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Azərbaycan alimi, eyni zamanda, bölmə iclaslarından birinə sədrlik edib.

Tədbirdə Azərbaycan və Rusiya qafqazşünasları arasında elmi əlaqələri davam etdirməyə dair ümumi fikir ifadə olunub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015