AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
“Azərbaycan 25 il erməni terroru ilə mübarizədə üz-üzə” mövzusunda “dəyirmi masa” keçirilib
Okt 26, 2016 | 12:06 / Konfranslar, iclaslar
Oxunub 2609 dəfə

Oktyabrın 26-da AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan “Azərbaycan 25 il erməni terroru ilə mübarizədə üz-üzə” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbiri giriş sözü ilə açan bu elmi müəssisənin direktoru, hüquq elmləri doktoru Aytən Mustafazadə ötən 25 ildə Azərbaycanda əldə olunmuş nailiyyətlərdən danışıb. Bildirib ki, ölkəmizdə gedən sürətli inkişaf, qazanılmış uğurlar ümummilli lider Heydər Əliyevin yorulmaz səylərinin nəticələridir.

A.Mustafazadə müstəqilliyin ilk illərində Azərbaycan xalqının üzləşdiyi çətinliklərdən danışıb. Bildirib ki, dövlət müstəqilliyimiz 1991-1993-cü illərdə süquta uğramaq təhlükəsi ilə üz-üzə idi. Məhz ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən xilas oldu, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatda köklü islahatlara, dövlət quruculuğu prosesinə başlandı. Ulu öndərin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Bu gün dünyada bir sıra irimiqyaslı layihələrin Azərbaycanın iştirakı ilə həyata keçirildiyini söyləyən institut direktoru ölkəmizin beynəlxalq müstəvidə atdığı hər addımın düşünülmüş olduğunu və vətəndaşların təhlükəsizliyinə xidmət etdiyini vurğulayıb.

Daha sonra institutun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadə çıxış edərək Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı institutda görülən işlərdən danışıb. Bildirib ki, bu elmi müəssisənin gördüyü işlər nəticəsində ASALA və digər bu kimi erməni terror birlikləri ABŞ Dövlət Departamentinin beynəlxalq terror təşkilatları siyahısına daxil edilib. Şöbə müdiri Xocalı faciəsi zamanı əks kəşfiyyat idarəsinin rəisi vəzifəsində çalışan rusiyalı polkovnik Vladimir Savelyevin ermənilərin törətdikləri soyqırımdan bəhs edən “cavabsız qalmış 25 yaşlı” etiraf məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.  

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, professor Fuad İzzətoğlu qeyd edib ki, ölkəmizə qarşı yönələn erməni terrorunun əsasında müsəlman olmağımız dayanır.  “Erməni terroru bizə qarşı təkcə milli deyil, dini, ideoloji zəmində də özünü büruzə verir.” – deyən F.İzzətoğlu xalqımızın islami prinsiplərə uyğun olaraq ermənilərlə hər zaman mehriban qonşuluq münasibətləri saxladığını, tarixin müxtəlif dövrlərində isə xəyanətlərə məruz qaldığını bildirib.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, professor Firdövsiyyə Əhmədovaerməni terrorunun tarixi köklərindən danışıb. Qeyd edib ki, erməni terrorçuluğunun hər zaman bizim üçün təhdid obyekti olduğunu unutmamalı, onunla ciddi şəkildə mübarizə aparılmalıyıq.

Tədbir digər iştirakçıların çıxışları ilə davam etdirilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015