Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına yeni etnoqrafik eksponat daxil olub
Fev 01, 2016 | 03:10 / Maraqlı məlumatlar
Fev 01, 2016 | 03:10 / Maraqlı məlumatlar
Oxunub 1454 dəfə
Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına yeni daxil olmuş materiallardan biri də məişət mədəniyyətini özündə əks etdirən Avropa istehsalı çay dəstgahıdır.
15 hissədən ibarət olan çay dəstgahı XX əsrin əvvəllərində Bakıda məşhur tacir Mikayıl Hüseynovun dükanı üçün Riqa şəhərinin Farfor fabrikindən sifariş olunmuş məhsullardandır. Dəstgahın əşyalarındakı detallar nazik qızılı zolaqla haşiyələnmiş, hər birinin üzərində 4 növdə Avropa üslublu geyimlərdə qız və oğlan təsvirləri həkk olunmuşdur.
Çay dəsti XX əsrin əvvəllərində Azərbaycanın Avropa ilə iqtisadi-mədəni əlaqələrinin əhatə dairəsini öyrənilməsi, xalqın məişətində müasirləşmənin sürətlənməsini izləmək üçün əhəmiyyətli materialdır.