AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
Humanitar Elmlər və İctimai Elmlər bölmələri üzrə doktorantların dissertasiya mövzuları təsdiq edildi
Yan 22, 2016 | 12:21 / Konfranslar, iclaslar
Oxunub 2606 dəfə

Yanvarın 22-də AMEA Rəyasət Heyətində Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin ümumi yığıncağı keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli iclasın gündəliyinə hər iki bölmənin elmi-tədqiqat müəssisələrinin 2015-2016-cı tədris ili üçün fəlsəfə doktorluğu və elmlər doktorluğu hazırlığı üzrə doktoranturaya qəbulunun nəticələrinin müzakirəsinin daxil edildiyini söylədi.  O, AMEA prezidenti, akademik Akif Əlizadənin 9 iyun 2015-ci ildə imzaladığı “AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirilməsi haqqında” Sərəncamını xatırladaraq, Akademiyada test texnologiyasının ilk dəfədir tətbiq olunduğunu, doktoranturaya qəbulla bağlı aparılan islahatların müsbət nəticələr verdiyini bildirdi.

Tədbirdə doktorantların  dissertasiya mövzuları müzakirə edildi. Mövzular ətrafında fikir mübadiləsi aparıldı, təkliflər səsləndirildi.

İclasda, həmçinin “Müasir Azərbaycan ədəbi dilində elmi terminologiyanın formalaşması və dilin lüğət tərkibinin inkişaf istiqamətləri”, “Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik”, “Dövlətin iqtisadi tənzimlənməsinin ölçülməsi metodologiyası və iqtisadi inkişaf modellərinin təsnifləşdirilməsi”, “Azərbaycan Respublikasının davamlı inkişaf konsepsiyası modelinin göstəricilərinin neyro-fazzi üsullardan istifadə olunmaqla təhlili” və “Milli valyutanın devolvasiyası şəraitində makroiqtisadi sabitliyin modelləşdirilməsi” elmi-tədqiqat layihələri  ilə bağlı müzakirələr aparıldı.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015