AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Milli Azərbaycan Tarixi Muzeyinin məqalələr toplusu çapdan çıxıb
Yan 19, 2016 | 12:04 / Yeni nəşrlər
Oxunub 3389 dəfə

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Milli Azərbaycan Tarixi Muzeyi – 2015” illik toplusu işıq üzü görüb. Muzeyin direktoru, akademik Nailə Vəlixanlının təsisçisi və baş redaktoru olduğu kitab-toplu muzeyin Elmi Şurasının qərarı ilə nəşr olunub.

Toplu dörd bölmədən - “Milli Azərbaycan Tarixi Muzeyi-95”, “Tarix”, “Arxeologiya, numizmatika, epiqrafika” və “Etnoqrafiya” ibarətdir. Topluda 30-dan çox müəllifin Azərbaycan və rus dillərində elmi məqalələri dərc olunub. 

Muzey tərəfindən hər il nəşr olunan kitab-toplu oxucular üçün qiymətli mənbə, tarix elminə dəyərli töhfə kimi böyük əhəmiyyət daşıyır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015