AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
Milli Azərbaycan Tarixi Muzeyi yeni unikal qızıl-zinət əşyaları əldə edib
Yan 08, 2016 | 11:58 / Maraqlı məlumatlar
Oxunub 532 dəfə

Azərbaycanda ənənəvi bəzəklər içərisində zərgərlik məmulatı mühüm yer tutur. Arxeoloji qazıntılar nəticəsində tapılan qiymətli bəzək əşyaları zərgərliyin hələ qədimdən Azərbaycan ərazisində geniş yayıldığını və əhalinin məişətində xüsusi yer tutduğunu göstərir. 

Son zamanlarda AMEA Milli Azərbaycan Tarixi Muzeyi qiymətli metal nümunələri ilə zənginləşir. Bu yaxınlarda muzey unikal qızıl və gümüş boyunbağılar əldə edib.

XIX əsrə aid qızıl boyunbağı “çəçik”in çəkisi 41,4 qramdır. Beş cərgəli çəçiyin hər cərgəsində 16 ədəd müxtəlif formalı asmalar var. Boyunbağının cərgələri balıq, ay, ulduzlar, mərkəzində qırmızı qaşlı gül formalar və yumru təsvirli lövhələrdən ibarətdir.

XIX əsrin sonu XX əsrə aid qızıl boyunbağı isə qırmızı və qara muncuqlu arpa formalar, nəbati naxışlı yumru lövhə - “babaxanı”dan ibarətdir.

XX əsrə məxsus olan 3-cü qızıl boyunbağı 31 ədəd yumru qızıl muncuqdan ibarətdir, mərkəzində 1 ədəd 1890-cı il Avstriya imperiyasına aid sikkə-medalyon var.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015