AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
Milli Azərbaycan Tarixi Muzeyi yeni bəzək əşyaları əldə edib
Yan 05, 2016 | 10:00 / Maraqlı məlumatlar
Oxunub 252 dəfə

Bu yaxınlarda Milli Azərbaycan Tarixi Muzeyi unikal qadın bəzək əşyaları əldə edib. 

İki əlçək və sürmə qabından ibarət dəst XIX əsrin sonlarına təsadüf edir. Kəlbəcər bölgəsinə məxsus olan bəzək dəsti qızıl lövhələrlə işlənilib, güləbatın tikməli, qızılı rəngli saçaqla bəzədilib.  Bu qadın bəzək əşyaları Azərbaycanın qərb bölgəsində gəlin bəzəmək üçün hazırlanırdı.

XIX əsrin sonlarına aid qadın baş bəzəyi isə Zaqatala bölgəsinə aiddir. Baş bəzəyi gümüşdəndir, rəngli daşlarla bəzədilib.

Qeyd etmək lazımdır ki, bu bölgədə gəlinlərin bəzədilməsində qızıl suyuna çəkilmiş gümüş zinət bəzək əşyalarından daha çox istifadə olunurdu.

Muzeyə yeni daxil olan materiallar Azərbaycan xalqının geyim-bəzək mədəniyyətinin, zərgərlik sənətinin yüksək səviyyədə olmasını bir daha nümayiş etdirir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015