AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
13 Oktyabrın 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimat mərasimi keçirilib
Okt 13, 2016 | 01:00 / Konfranslar, iclaslar
Oxunub 2552 dəfə

 Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov  “Azərbaycan Respublikasının tarixi” fundamental elmi araşdırma olmaqla müstəqil Azərbaycanın elmi həyatında mühüm hadisə olduğunu bildirdi.

Təqdimat mərasimində çıxış edən A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru bildirib ki, geniş tədqiqatçılar heyəti tərəfindən yazılmış bu əsər Azərbaycanın müstəqillik dövrü tarixinin akademik səviyyədə araşdırılması yolunda ilk təşəbbüsdür: “Əsərin 1-ci cildi 1991-2003-cü illəri, daha doğrusu tariximizin Heydər Əliyev dövrünü, 2-ci cildi isə 2003-2016-cı illəri – Prezident İlham Əliyevin başçılığı ilə əldə olunmuş tarixi nailiyyətləri və ölkədə aparılan böyük quruculuq, abadlıq illərini əhatə edir”.

Tədbirdə AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova,  A.A.Bakıxanov adına Tarix  İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, AMEA-nın Z.bünyadov adına  Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, Milli Məclisin deputatı Fəzail Ağamalı və İnstitutun şöbə müdiri Ədalət Qasımovun çıxışları dinlənilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015