AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Tarix İnstitutunda tanınmış özbək yazıçısı ilə görüş keçirilib
Sen 30, 2016 | 03:00 / Görüşlər
Oxunub 1767 dəfə

Sentyabrın 29-da AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda Özbəkistanın tanınmış yazıçı-publisisti Şöhrət Salamovla (Şöhrət Barlas) görüş keçirilib.

Görüşdə Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Azərbaycan-Özbəkistan elmi əlaqələrindən danışıb, əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. 

Özbək yazıçısının yaradıcılığı haqqında məlumat verən Y.Mahmudov bildirib ki, Ş.Barlasın “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” adlı kitabı beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorizminin genezisinə, onun XIX-XX əsrlərdə türk xalqlarına, müsəlmanlara qarşı həyata keçirdiyi kütləvi cinayətlərin siyasi, etnik və dini mahiyyətinin açıqlanmasına həsr edilib.

Sonra çıxış edən yazıçı Ş.Barlas bildirib ki, Özbəkistanda iki ölkə arasındakı elmi əlaqələrin inkişafına xidmət edən mühüm işlər görülür. Ali məktəblərdə Azərbaycanın görkəmli şəxsiyyətlərinə həsr olunan otaqlar istifadəyə verilib, həmçinin Azərbaycanın Özbəkistandakı səfirliyinin təşkilatçılığı ilə iki xalq arasındakı əlaqələrin inkişafına xidmət edən bir sıra mühüm tədbirlər həyata keçirilib. 

Yazıçı-publisist akademik Ziya Bünyadovun özbək dilində nəşr edilmiş “Xarəzmşahlar dövləti” kitabının Özbəkistanda populyarlıq qazandığını qeyd edib.

Çıxışının sonunda Ş.Barlas bu ilin sentyabrında Azərbaycanın dahi şairi Nizami Gəncəvinin “Xəmsə”sinin ilk dəfə olaraq özbək dilinə çap edildiyini diqqətə çatdırıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015