AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA-nın İqtisadiyyat İnstitutunda Nobel mükafatçıları ilə görüş keçirilib
Sen 29, 2016 | 04:00 / Görüşlər
Oxunub 1556 dəfə

Bu gün AMEA-nın İqtisadiyyat İnstitutunda Norveçin Karneqi-Melon Universitetinin professoru, Nobel mükafatçısı Finn Erlinq Kidland və Avstraliya Milli Universitetinin İqtisadiyyat üzrə Tədqiqat Məktəbinin professoru, Nobel mükafatçısı Edvard Preskot ilə görüş keçirilib.

Görüşdə İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova və institutun əməkdaşları iştirak ediblər.

İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov bildirib ki, iqtisadiyyat elminə öz töhfələrini verən tanınmış iqtisadçılar, Nobel mükafatı laureatlarının institutun kollektivi ilə görüşü sevindirici haldır.

N.İmanov məlumat verib ki, iqtisadi sahə üzrə Nobel mükafatçıları dinamik makroiqtisadiyyatın tənzimlənməsi, iqtisadi siyasətin zaman ardıcıllığı, biznesin hərəkətverici qüvvələri və digər sahələrdə elmə öz töhfələrini verən alimlərdir. 

Görüşdə elmin inkişafı ilə bağlı məsələlərə, qonaqların təmsil etdikləri elm və təhsil müəssisələrinin Azərbaycanla əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.

Dünya şöhrətli alimlər ölkəmizdə olmalarından məmnunluqlarını bildirərək qeyd ediblər ki, Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələri arasında layiqli yer tutur.

Sonda Nobel mükafatçıları institut əməkdaşlarının çoxsaylı suallarını cavablandırıblar.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015