AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
İctimai Elmlər Bölməsinin iclasında bir sıra mühüm məsələlər müzakirə olundu
Apr 12, 2016 | 04:07 / Konfranslar, iclaslar
Oxunub 1170 dəfə

Aprelin 12-də AMEA Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin (İEB) növbəti büro iclası keçirildi.

Bölmənin büro üzvlərinin iştirak etdikləri tədbirdə İEB-in akademik-katibi vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Nərgiz Axundova gündəlikdəki məsələlər barədə məlumat verdi.

Sonra Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun “AMEA-da islahatlar və müasir mərhələdə Azərbaycan tarixinin aktual problemləri” mövzusunda məruzəsi dinlənildi. Məruzədə son illər Tarix İnstitutunda görülən işlər, aparılan islahatlar sistemli şəkildə təqdim edildi.

Y.Mahmudov bildirdi ki, Tarix İnstitutunun elmi tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mər­kə­zin­də olmuşdur. İnstitutda aparılan mühüm elmi tədqiqat işləri birbaşa ölkə başçısının ça­ğı­rış və tapşırıqları əsasında həyata keçirilmiş, qısa müddət ərzində Qarabağ, Naxçıvan və İrəvanın tarixi ilə bağlı silsilə tədqiqat əsərləri yazılmışdır.

Qeyd olundu ki, institutda aparılan elmi tədqiqatların mühüm istiqamətlərindən biri də xalqımıza qarşı ermənilərin həyata keçirdiyi soyqırımlar tarixinin tədqiqi olmuşdur. Ermənilərin Azər­bay­can xalqına qarşı törətdiyi soyqırımı tarixinin ilkin qaynaqlar əsasında araşdırılması və dünya ictimaiyyətinə çatdırılması məqsədilə institut “26 Bakı komissarları” adlı cinayətkar qru­pun 1918-ci ildə Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi soyqırımının gerçək tərəf­lə­ri­ni üzə çıxarmışdır. Bu araşdırmaların ilkin nəticəsi öz əksini “Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı” adlı kitabda tapmışdır.

“İnstitutda həyata keçirilən ciddi araşdırmalardan biri də Azərbaycan tarixi ilə bağlı əl­çatmaz mənbələrin, xüsusilə xarici ölkələrin arxivlərində saxlanılan sənədlərin ölkəmizə gə­ti­ril­məsi, tədqiqata cəlb edilməsi və nəşri olmuşdur” – deyə bildirən Y.Mahmudov bu məqsədlə “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi çərçivəsində bir qrup tarixçi-alimin Rusiya, Gürcüstan, Türkiyə, İngiltərə, Almaniya, Fransa və Hindistana ezam edilərək həmin materialları ölkəmizə gətirdiklərini söylədi.

Y.Mahmudov bildirdi ki, Tarix İnstitutunun elmi tədqiqat planında çox mühüm siyasi və elmi əhəmiyyət kəsb edən bir məsələyə – Azərbaycanın tarixi torpaqlarının tarixinin tədqiqi məsələsinə xüsusi diq­qət yetirilmişdir. Azərbaycanın Naxçıvan, İrəvan, Göyçə, Zəngəzur böl­gələri, Borçalı mahalı, Tiflis əmirliyi, Car-Balakən camaatlığı, İlisu sultanlığı, Dərbənd, Sa­mur vadisinin və ən nəhayət Qa­rabağın tarixi ilə bağlı hərtərəfli və dərindən elmi tədqiqatlara baş­lanılmışdır. Müasir Azər­bay­can tarixşünaslığında “İtirilmiş torpaqların tədqiqi” problemi elmi döv­riy­yə­yə daxil edilmiş, bu isti­qa­mə­t­də ciddi elmi tədqiqatlar aparılmaqla obyektiv tarixi gerçəkliyi özün­də əks etdirən bir sıra san­ballı əsərlər nəşr olunmuş və itirilmiş tarixi torpaqlarımızın tarixini təd­qiq edən elmi məktəb for­malaşmışdır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015