AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
Humanitar Elmlər və İctimai Elmlər bölmələri üzrə dissertantların mövzuları müzakirə edildi
Yan 13, 2016 | 03:21 / Konfranslar, iclaslar
Oxunub 2172 dəfə

Yanvarın 13-də AMEA Rəyasət Heyətində Humanitar və İctimai Elmlər bölmələrinin birgə ümumi iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliiclasın gündəliyinə hər iki bölmənin elmi-tədqiqat müəssisələrinin 2015-2016-cı tədris ili üçün fəlsəfə doktorluğu və elmlər doktorluğu hazırlığı üzrə dissertanturaya qəbulunun nəticələrinin müzakirəsinin daxil edildiyini söylədi. Akademik İsa Həbibbəyli dissertasiya mövzularının müasir dövrün tələblərinə uyğunlaşdırılmasının zəruriliyini qeyd edərək, cəmiyyət üçün mühüm aktuallıq kəsb edən mövzuların seçilməsinin vacibliyini bildirdi.

Tədbirdə dissertantların mövzuları müzakirə edildi. Mövzular ətrafında fikir mübadiləsi aparıldı, təkliflər səsləndirildi.

İclasda, həmçinin “Azərbaycanın XIX-XX əsrlərdə yaşayıb, fəaliyyət göstərmiş elm və mədəniyyət xadimlərinin şəxsi imzalarının (qollarının) toplandığı “Şəxsi imzalar” kitabının tərtibi, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, t.ü.f.d. İlhamə Məmmədovanın "Təbriz şəhərinin maddi mədəniyyəti" monoqrafiyası, “Azərbaycanın mühacirət ədəbiyyatı: təşəkkülü, inkişaf mərhələləri və problemləri”, “Hüseyn Cavid irsi Azərbaycançılıq ideologiyasının ədəbi-bədii və fəlsəfi mənbəyi kimi” elmi-tədqiqat layihələri ilə bağlı müzakirələr aparıldı.

Sonda bir sıra kadr məsələlərinə də baxıldı.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015