
“Qafqaz Albaniyası: dini və sosial həyatı” adlı X beynəlxalq konfrans keçiriləcək
Apr 07, 2023 | 03:13
Apr 07, 2023 | 03:13
Oxunub ( 54 )
14 aprel 2023-cü il tarixində “Park İnn” otelində AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, Bakı Beynəlxalq Multukulturalizm Mərkəzi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Alban-udi xristian icmasının təşkilatçılığı ilə “Qafqaz Albaniyası: dini və sosial həyatı” adlı X beynəlxalq konfrans keçiriləcək.
Tədbirdə 10-a qədər ölkəni təmsil edən tədqiqatçı alim, mövzunun mütəxəssisləri Albaniya tarixinin müxtəlif məsələləri ilə bağlı məruzələrini səsləndirəcəklər.