AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunan respublika konfransı keçiriləcək
Okt 22, 2020 | 04:13
Oxunub ( 41 )

23 oktyabr 2020-ci il tarixində saat 11:00-da AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun təşkilatçılığı ilə “Nəriman Nərimanovun mənəvi irsində millilik və bəşərilik: çağdaş yanaşmalar” mövzusunda onlayn respublika elmi konfransı keçiriləcək.

Tədbir görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev “Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” 14 fevral 2020-ci il tarixində Sərəncam imzalayıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015