AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
H.Z.Tağıyevin Xatirə muzeyi və faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş sərginin fəaliyyəti yenidən bərpa olunur
Sen 04, 2020 | 02:10
Oxunub ( 632 )

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən H.Z.Tağıyevin Xatirə muzeyi və faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş sərginin qapıları 2020-ci il sentyabrın 7-dən yenidən ziyarətçilər üçün açıq elan olunur.

Karantin günlərində muzeyə giriş Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçiriləcək.

Muzey hər gün, şənbə və bazar günləri istisna olmaqla, saat 10:00-dan 17:00-dək işləyəcək.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015