AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Süni intellekt və insan hüquqları” mövzusunda beynəlxalq konfrans keçiriləcək
Noy 07, 2019 | 10:34
Oxunub ( 6 )

Noyabrın 15-də saat 09:00-da "Holiday İNN Baku" otelində “Süni intellekt və insan hüquqları” mövzusunda beynəlxalq konfrans təşkil olunacaq.

Konfrans AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu və Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.

Tədbirdə xarici ölkələrdən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə məhkəmə sistemi və digər sahələrdə süni intellektin tətbiqində yerli və beynəlxalq təcrübəyə dair müzakirələr aparılacaq.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015