AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Sara xanım Tağıyevanın 120 illiyinə həsr olunmuş xatirə tədbiri keçiriləcək
May 20, 2019 | 12:50
Oxunub ( 19 )

 2019-cu il mayın 21-də saat 14-00-da AMEA Milli Azərbaycan Tarixi 
Muzeyində görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım 
Tağıyevanın (1899-1991) anadan olmasının 120 illiyinə həsr olunmuş 
xatirə tədbiri keçiriləcək. S.Tağıyeva ömrünün böyük hissəsini totalitar 
rejim dövründə adı qadağa altında olan H.Z.Tağıyevin xeyriyyəçilik 
əməllərinin, onun Azərbaycan tarixindəki rolunun tanıdılmasına həsr 
etmişdir. Muzeyin fondlarında Sara xanıma aid zəngin sənədlər qorunur. 
2016-cı ildə onun arxivinin böyük hissəsi ailəsi tərəfindən Milli 
Azərbaycan Tarixi Muzeyinə hədiyyə olunmuşdur.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015