AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Admiral Cəlil Cavadovun 100 illiyi təntənəli şəkildə qeyd olunacaq
Dek 17, 2018 | 03:00
Oxunub ( 163 )

Dekabrın 18-də AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Şərq zalında 
Azərbaycanın ilk admiralı Cəlil Cavadovun (1918-1980) 100 illiyinə həsr 
olunmuş “Admiral Cavadov. Həyatı, döyüş və xidməti yolu” adlı təntənəli 
tədbir keçiriləcək. Tədbirdə Azərbaycan Respublikası Müdafiə 
Nazirliyinin, o cümlədən SQ Hərbi Akademiyasının, Heydər Əliyev adına 
Azərbaycan Hərbi Məktəbinin, Azərbaycan Hərb Tarixi Muzeyinin, həmçinin 
Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi, Azərbaycan 
Respublikası Veteranlar Təşkilatının, bir sıra dövlət arxivlərinin, 
muzeylərin, elmi idarələrin əməkdaşlarının, eləcə də hərb tarixçilərinin 
və admiralın ailə üzvlərinin iştirakı gözlənilir.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin 50-dən artıq eksponatları 
əsasında hazırlanmış və admiralın həyat yolunu əks etdirən sərgi nümayiş 
etdiriləcək. Burada həmçinin Hədəf liseyi və Günəş art-studiosunun 
hazırladığı “İlk admiralımız” adlı uşaq rəsmlərindən ibarət sərgi 
nümayiş etdiriləcək.
Tədbir çərçivəsində admiral C.Cavadovun həyatına, döyüş və xidməti 
yoluna həsr olunmuş, fotoprezentasiya ilə müşayiət olunan çıxışlar 
olacaq, həmçinin bu yaxınlarda CBC kanalı tərəfindən çəkilmiş və cəsur 
admiralımıza həsr olunan “Donanmanın əfsanəsi” adlı film nümayiş 
etdiriləcək.
Tədbirdə bu günlərdə Azərbaycan Müdafiə Nazirliyi tərəfindən çap 
olunmuş, müəllifi t.ü.f.d., dosent Səbuhi Əhmədov olan “Admiral Cavadov. 
Həyatı və döyüş yolu” adlı kitab oxuculara təqdim ediləcək.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015