AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Akademik Musa Əliyevin 110 illiyi AMEA-da qeyd olunacaq
May 03, 2018 | 12:00
Oxunub ( 164 )

Mayın 15-də saat 11:00-da AMEA-nın Əsas binasında görkəmli Azərbaycan alimi və tanınmış ictimai xadim, akademik Musa Əliyevin anadan olmasının 110 illiyinə həsr olunan tədbir keçiriləcək.

Tədbir Prezident İlham Əliyevin “Akademik Musa Əliyevin 110 illiyinin qeyd edilməsi haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamına əsasən baş tutacaq.

Yubiley yığıncağında “Görkəmli alimin şərəfli həyat yolu”, “Akademik Musa Əliyevin Aərbaycan Dövlət Neft və Sənaye Universitetinin inkişafında rolu” mövzusunda məruzələr dinləniləcək, həmçinin alimin həyat və yaradıcılığına həsr olunan film nümayiş etdiriləcək.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015