AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Azərbaycan tarixində dövlət rəmzləri” mövzusunda tədbir keçiriləcək
Noy 07, 2017 | 12:18
Oxunub ( 126 )

8 noyabr 2017-ci il tarixində saat 11:00-da AMEA-nın Əsas binasında “Azərbaycan tarixində dövlət rəmzləri” mövzusunda "dəyirmi masa" keçiriləcək.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunan tədbirin təşkilatçısı AMEA-nın Elm Tarixi İnstitutudur.

Dəyirmi masa çərçivəsində Azərbaycan tarixinin çoxəsrlik dövlətçilik ənənələri və rəmzlərindən bəhs edən məruzələr dinləniləcək, həmçinin elmi müzakirələr aparılacaq.

Ünvan: Bakı şəh., H.Cavid pr., 115 (Elm Tarixi İnstitutunun konfrans zalı)

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015