AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Qafqazşünasların I Beynəlxalq Forumu keçiriləcək
Apr 11, 2017 | 11:35
Oxunub ( 207 )

17-18 aprel 2017-ci il tarixlərində Mərkəzi Elmi Kitabxanada AMEA Rəyasət Heyəti və bu qurumun Qafqazşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə Qafqazşünasların Birinci Beynəlxalq Forumu keçiriləcək.

Tədbirdə “Qafqaz ölkələrinin sosial-iqtisadi və siyasi vəziyyəti”, “Qafqazın geosiyasəti”, “Böyük dövlətlərin və qonşu ölkələrin Qafqaz siyasəti”, “Qafqaz ölkələrinin qarşılıqlı münasibətləri”, “Qafqazda münaqişələr” mövzularında müzakirələr aparılacaq.

Forum çərçivəsində AMEA-nın “Azərbaycanlılara qarşı soyqırımı tədqiqatları” Komissiyası tərəfindən nəşr edilən Azərbaycan və xarici ölkə alimlərinin rus və ingilis dillərində yazılmış məqalələrindən ibarət “Soyqırımı həqiqətləri” kitabının təqdimat mərasimi də keçiriləcək.  

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015