AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA-nın İctimai Elmlər Bölməsinin elmi metodik seminarı keçiriləcək
Mart 05, 2017 | 03:17
Oxunub ( 247 )

Aprel ayının ilk ongünlüyündə  AMEA-nın İctimai Elmlər Bölməsininin elmi metodik seminarının keçirilməsi nəzərdə tutulur. Seminarda Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Zümrüd Quluza­dənin “Azərbaycan tarixi və Azərbaycan mənəvi mədəniyyət tarixləri” mövzusundə məruzəsi dinləniləcək.

Seminar əsasən İctimai Elmlər, Humanitar Elmlər Bölmələrində nəşrə hazırlanan Azərbaycan mənəvi mədəniyyət  tarixlərinə həsr olunmuş çoxcildli əsərin metodologiya və metodikasına aid problemlərinin elmi müzakirə və məqsədyönlü koordina­siya­sına həsr olunur.

Mövzu ilə əlaqəli marağı olan alimlər öz tezislərini bölmənin emailinə ünvanlaya bilər (ictimai­bolme­@mail.ru).

Seminar Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında keçiriləcək.

Ünvan: Bakı şəh., Hüseyn Cavid prospekti, 115.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015